Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib: ölən var
08.08.2022
Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib.
"DM" Report-a istinadən xəbər verir ki, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb.
Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində - Aşağı Quşçu kəndinin yaxınlığında olub.
Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.
Araşdırma aparılır.
Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqlənib.