21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu gün Beynəlxalq Ahıllar günüdür

01.10.2018

1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara alıb.
 Bu günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd etməyə başlayıblar. Həmin günün təsis edilməsinin başlıca məqsədi ailə və icmaların, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaqdan, onların hüquqlarını, ehtiyacları diqqətə çatdırmaqdır.
BMT-nın məlumatına görə, son onilliklər ərzində dünya əhalisinin tərkibi kəskin şəkildə dəyişilib - 1950-ci ildən 2010-cu ilə qədər dünya səviyyəsində ömrün uzunluğu 46 yaşdan 68 yaşa yüksəlib və əsrin axırlarında 81-ə çatacağı proqnozlaşdırılır. Hazırda dünya əhalisinin 700 milyonunu yaşı 60-dan yuxarı olanlar təşkil edir. 2050-ci ildə onların sayı iki milyard nəfərə çatacaq. Bu, dünya əhalisinin 20 faizi deməkdir.
Ötən ilin statistikasına görə, ölkəmizdə əmək pensiyaçılarının sayı 1,2 milyon nəfərdən çoxdur. Onlardan 59,2 faizi yaşa, 11,5 faizi ailə başçısını itirdiyinə, 29,3 faizi isə əlilliyə görə müavinət alır. Son on ildə təqaüdlər üç dəfədən çox artırılıb.
Yaşlı, ahıl insanlara hörmət və ehtiramla yanaşmaq hər birimizin borcudur.