21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

AZAL vətəndaşlara xəbərdarlıq edib

04.08.2022

Son zamanlar AZAL-ın adından böyük pul uduşları barədə şübhəli məlumatlar yayılır.

Bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.

"Bu cür məlumatlar xüsusilə mesencerlər, sosial şəbəkələr və ya elektron poçt vasitəsilə ötürülür.

AZAL vətəndaşları diqqətli olmağa və şübhəli istinadlardan istifadə etməməyə çağırır.

AZAL-ın bütün rəsmi məlumatları aviaşirkətin rəsmi saytında (www.azal.az), eləcə də sosial şəbəkələrdəki səhifələrində yerləşdirilir.

Həmçinin xatırlatmalıyıq ki, son vaxtlar AZAL adından hüquqi və fiziki şəxslərə əməkdaşlıq, işə qəbul və s. haqqında müxtəlif təkliflər daxil olur.

AZAL-ın adından istifadə edərək dələduzluqla məşğul olan bu kateqoriyalı şəxslərin aviaşirkətə heç bir aidiyyəti yoxdur.

"Azərbaycan Hava Yolları” QSC qeyri-rəsmi mənbələrdə onun adından verilən vədlərə görə heç bir məsuliyyət daşımır.

Belə hallarla rastlaşan vətəndaşlardan dərhal hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edirik”, - məlumatda qeyd edilib.