Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kölndə məscidin açılışı zamanı söylədiyi nitq almanların narazılığına səbəb olub.
"Dövran Media" xəbər verir ki, Türkiyə prezidenti açıqlamasında tanınmış futbolçu Məsut Özilin irqçiliyə məruz qalmasına etiraz edib:
"Almaniyada doğulub böyümüş Məsut Özilimizlə bir şəkil çəkdirdik deyə cəmiyyətin təzyiqinə məruz qaldı. Bu cür irqçiliyə məruz qalmasını mən onun prezidenti olaraq həzm edə bilmirəm”
Qeyd edək ki, Ərdoğanın "onun prezidenti” ifadəsi alman mediasında böyük ajiotaja səbəb olub.