Türk mütəxəssislər il yarımdır Qarabağda çalışır
04.08.2022
Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Mina Axtarışı və Təmizləmə (OMAT) qrupları Ermənistan işğalından azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstəyini davam etdirir.
"DM"xəbər verir ki, bu barədə "TRT Haber” məlumat yayıb.
"İşğal dövründə Ermənistan bölgəyə yüz minlərlə mina basdırıb. İşğaldan azad edilən ərazidə genişmiqyaslı yenidənqurma və infrastruktur işləri aparan Azərbaycan hökumətinin əsas məqsədi ərazisini minalardan təmizləməkdir. TSQ-nin OMAT qrupları da bu fəaliyyətlərə öz töhfələrini verirlər. 2020-ci ilin dekabr ayında Azərbaycana ezam olunmuş OMAT qrupları Xocavənd rayonunda, eləcə də Cəbrayıl və Ağdamın işğaldan azad edilmiş ərazilərində mina kəşfiyyatı və məhvetmə işlərini həyata keçirir. OMAT çətin və təhlükəli işlərinə baxmayaraq, qardaş ölkə Azərbaycana dəstək olmaq üçün bir il yarıma yaxındır ki, səbir və məsuliyyətlə yorulmadan çalışırlar”, - məlumatda bildirilir.