21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyətləri - AÇIQLAMA

04.08.2022

Xırdalanda binada ötən gün baş verən partlayış zamanı yaralanan şəxslərin son vəziyyətləri açıqlanıb.

Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsindən verilən məlumata görə, hadisə nəticəsində xəstəxanaya daxil olan hər iki şəxsin vəziyyəti ağırdır.

Bildirilib ki, yaralılar reanimasiya şöbəsinə yerləşdirilib.

Klinik Tibbi Mərkəzdən saytımıza verilən məlumata görə, mərkəzə daxil olan iki nəfərin vəziyyətində ciddi problem olmadığından onlar evə buraxılıb:

"Hadisə yerindən Klinik Tibbi Mərkəzə üz tutanlardan biri barotravma diaqnozu ilə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 2001-ci il təvəllüdlü bir nəfər isə tüstüdən boğulma şübhəsi ilə Toksikologiya şöbəsinə yerləşdirilib. Həmin şəxsin səhhətində hər hansı ciddi problem görülmədiyinə görə sonradan evə buraxılıb”.

Qeyd edək ki, avqustun 3-də Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib. İlkin ehtimala görə, hadisə beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib. Partlayış nəticəsində xəsarət alanlardan ikisi Nərimanov Tibb Mərkəzinə, ikisi isə KTM-ə yerləşdirilib.

Binaya və ərazidəki avtomobillərə dəyən zərər aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Hadisə ilə bağlı araşdırma aparılır.