Azərbaycan Ordusunun şəhid olan əsgəri ilə vida mərasimi keçirilir
04.08.2022
Avqustun 3-də şəhid olan Azərbaycan Ordusunun əsgəri Kazımov Anar Rüstəm oğlunun nəşi ailəsinə təhvil verilib.
"DM" xəbər verir ki, şəhidlə doğulduğu Şəmkir rayonunun Qaracəmirli kəndidə vida mərasimi keçirilir.
Vida mərasimində şəhidin yaxınları, rayon icra başçısı və nümayəndəliyi, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Şəhidlə vida mərasimi başa çatdıqdan sonra şəhid kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Anar Kazımov 06.02.2004-cü ildə rayonun Qaracəmirli kəndində doğulub. O, bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.
Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutublar.
Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.