Ukrayna cəbhəyə “PUA ordusu” göndərib
03.08.2022
"Dron ordusu” proqramı çərçivəsində alınan pilotsuz təyyarələrin ilk dəsti Ukraynaya çatdırılıb. Artıq bu gün onlardan 30-u Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi üçün cəbhə xəttinə gedəcək.
"DM" xəbər verir ki, bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorov bildirib.
"Onların sürəti 160 km/saata, uçuş məsafəsi isə 60 km-ə çata bilər. Bu, kəşfiyyatçılara düşmən xəttinin arxasına keçməyə və mühüm məlumatlar əldə etməyə imkan verəcək”, - məlumatda qeyd edilib.