Ukrayna Rusiyanın 91 milyon dollarlıq raketlərini vurub
03.08.2022
Ötən gün axşam saatlarında Ukrayna ordusu Rusiyanın səkkiz X-101 (X-555) qanadlı raketindən yeddisini vurub. Bu, işğalçı qüvvələrə 91 milyon dollara başa gəlib.
"DM" xəbər veriri ki, bu barədə "Forbes” məlumat yayıb.
Məlumatda rus raketlərinin qiymətləri də açıqlanıb: X-101 - 13 milyon dollar; "Kalibr” - 6,5 milyon dollar; "İsgəndər” - 3 milyon dollar; "Oniks” - 1,25 milyon dollar; X-22 - 1 milyon dollar; Toçka-U - 0,3 milyon dollar.
"Bildiyiniz kimi, həmin axşam zenit-raket qoşunları 6 raketi məhv edib, digəri isə qırıcı tərəfindən vurulub”, - məlumatda deyilir.