Çin Tayvandan bu məhsulların idxalını dayandırıb
03.08.2022
Çin bu gündən etibarən Tayvandan sitrus meyvələri və bəzi dondurulmuş balıq növlərinin idxalını dayandırıb.
"DM" xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsi məlumat yayıb.
"2022-ci il avqustun 3-dən Tayvandan sitrus meyvələri, dondurulmuş adi samur və skumbriya balığı idxalının dayandırılması barədə qərar qəbul edilib”, - məlumatda bildirilir.