Türk Şurasının baş katibi Nyu-Yorkda görüşlər keçirib
01.10.2018
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdat Amreev Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində görüşlər keçirib və bir sıra mərasimlərə qatılıb.
TDƏŞ-in katibliyindən AZƏRTAC-a verilən məlumata görə, Bağdat Amreev ilə BMT-nin Cənub-Cənub Əməkdaşlıq üzrə nümayəndəsi və Cənub-Cənub Əməkdaşlıq Ofisinin (UNOSSC) direktoru Jorge Çediyek ilə keçirilən görüşdə iki qurum arasında əməkdaşlığa dair əhəmiyyətli müzakirələr aparılıb.
B. Amreev BMT Mədəniyyətlər İttifaqının Nazirlər Konfransındakı çıxışında təşkilata üzv ölkələrin mədəniyyətlər arasında dialoqa böyük töhfə verməsində bəhs edib.
Bundan başqa, Türk Şurasının baş katibi Qazaxıstan tərəfindən keçirilən "Terrorsuz dünyaya nail olmaq üçün davranış qaydaları” və Qırğız Respublikasının BMT-dəki nümayəndəliyinin təşkil etdiyi "İnsanlar və planet: beynəlxalq həmrəylik üçün Orta Asiya çağırışları” mövzusunda tədbirlərdə iştirak edib.