Mövlud Çavuşoğlu qətərli həmkarı ilə görüşüb
03.08.2022
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşüb.
"DM” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
Çavuşoğlu həmkarı ilə regional və beynəlxalq məsələləri müzakirə etdiyini bildirib.
Qeyd edək ki, Türkiyə XİN başçısı Kamboca Krallığında səfərdədir.