Çin Tayvanın hava səmasını bağlayacaq
03.08.2022
Pekin aviaşirkətlərə Tayvan yaxınlığında hava məkanından uzaq durmağın zəruriliyi ilə bağlı rəsmi xəbərdarlıq edib.
"DM" "Blumberq”ə istinadla xəbər verir ki, xəbərdarlıqda altı bölgə "təhlükəli zona” adlandırılıb.
"Məhdudiyyətlər cümə axşamı yerli vaxtla saat 12:00-dan bazar günü saat 12:00-a qədər (Bakı vaxtı ilə 08:00) tətbiq edilir”, - məlumatda bildirilir.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Pelosinin Tayvana səfəri ilə bağlı Çin hərbi təlimləri genişləndirmişdi.