Saakaşvili siyasətdən getməsi ilə bağlı bəyanat yayacaq
02.08.2022
Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili siyasətdən getməsi ilə bağlı bəyanat yayacaq.
Bu barədə onun vəkili Valeri Qelbaxiani jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Saakaşvili artıq müxalif "Vahid Milli Hərəkat” partiyasının liderləri ilə ünsiyyət saxlamır və sadəcə ailə üzvləri ilə əlaqədədir.
Vəkil qeyd edib ki, qərarın başlıca səbəbi Mixeil Saakaşvilinin səhhətində yaranmış problemlərdir və o, öz həyatını xilas etmək istəyir.
Qeyd edək ki, ötən il sentyabrın sonunda Gürcüstana qayıdan Saakaşvili Tbilisidə qaldığı mənzildə həbs edilib. O, həbsxanada keçirdiyi aclıq aksiyalarından sonra səhhətində yaranmış problemlərlə əlaqədar bir müddətdir ki, Tbilisidəki klinikalardan birində müalicə alır.