Özbəkistan prezidenti azərbaycanlı nazirlərlə görüşüb
02.08.2022
"Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin qəbulunda olduq, dövlət başçısı İlham Əliyevin salamlarını çatdırdıq”.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook” hesabındakı paylaşımda qeyd edib.
"Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın, iqtisadi-ticarət əlaqələrinin, sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, yaradılacaq Birgə İnvestisiya Fondunun qarşılıqlı investisiyaların cəlb edilməsində əhəmiyyəti vurğulandı. Azərbaycan və Özbəkistan prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün möhkəm zəmin yaradır”, - deyə nazir bildirib.
Qeyd edək ki, görüşdə Mikayıl Cabbarovla yanaşı, xarici işlər naziri Ceyhun Bayramov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də iştirak ediblər.