Bu ölkə İndoneziyaya 1 milyon göndərir
30.09.2018
Cənubi Koreya dağıdıcı zəlzələ və sunamidən zərərçəkmiş İndoneziyaya 1 milyon dollar həcmində humanitar yardım göndərəcək.
"Dövran Media" xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu vəsaitin təbii fəlakətdən zərərçəkmiş insanların zəruri ehtiyaclarını qarşılayacağına, işlərin yenidən bərpa olunacağına ümid edirik”, - deyə XİN-nin bəyanatında deyilib.
Qeyd edək ki, son məlumata görə, İndoneziyada baş verən zəlzələ, ardınca isə sunami nəticəsində 1203 insan həlak olub.