İran: Qarşı tərəf nüvə sazişinə qayıtsa, biz də geri dönəcəyik
02.08.2022
Əgər qarşı tərəf öz öhdəliklərinə qayıtsa, biz də geri dönəcəyik.
"DM"-nın məlumatına görə, bunu İranın Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvındi deyib.
O bildirib ki, parlamentin qanununa uyğun olaraq və xalqın mənafeyini qorumaq üçün biz bir sıra tapşırıqlar yerinə yetirilib.
"Onlardan biri də 1000 ədəd IR6 sentrifuqasının quraşdırılması idi və dünəndən onlara qaz vurmağa başladıq. Qarşı tərəf öz öhdəliklərinə qayıtsa, biz nüvə sazişi çərçivəsində öz öhdəliklərimizə sadiq qalacağıq".
Kəmalvındi bildirib ki, strateji imkanlarına görə İranın nüvə bombasına ehtiyacı yoxdur və heç vaxt bu istiqamətə getməyəcək.