21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiya müharibəni Avropaya köçürməyə çalışır

02.08.2022

Rusiya üçün Balkan münaqişəsindən istifadə edib Avropanın mərkəzində müharibə alovlandırmaq əla fürsətdir.

"DM" xəbər verir ki, bunu Balkan üzrə ekspert Mariya Geletey deyib.

"Bu, Rusiya üçün əla fürsətdir. Çünki Rusiya Balkanda bütün kiçik iğtişaşlardan istifadə edirdi. Buna Makedoniyada bir neçə ay əvvəl baş vermiş vəziyyəti, Kosovanın istismarını göstərmək olar. Qərb və Ukrayna mətbuatından fərqli olaraq, rus mediasında Balkan münaqişəsi ilə bağlı çağırışlar var. Orada sanki başqa cəbhə xəttində müharibə başlayır”.

Onun sözlərinə görə, Serbiya ilə Kosova arasında vəziyyət hərbi münaqişəyə çevrilə bilər:

"Ona görə də Kosova tərəfi Qərb tərəfdaşları ilə məsləhətləşmələrdən sonra güzəştə gedib. Daha ciddi toqquşmalar olarsa, NATO Missiyası vəziyyətə müdaxilə edəcək. Rusiya da bu vəziyyətdən istifadə edərək Avropanın mərkəzində müharibə alovlandıra bilər. O zaman avropalılar üçün eyni zamanda Ukrayna və Balkanları dəstəkləmək çətin olacaq”.