Paraqvay senatorunun cəsədi göldə tapılıb
02.08.2022
Cənubi Amerika ölkəsi Paraqvayın tanınmış senatorlarından olan Zulma Qomezin meyiti Alto Parana bölgəsindəki Acaray gölündə tapılıb.
"DM"xəbər verir ki, bu barədə Paraqvay mətbuatı məlumat yayıb.
Məlumata görə, ölkənin cənub-şərqindəki Alto Parana bölgəsindəki Acaray gölündə cəsəd tapılıb. Tibbi ekspertizadan sonra cansız cəsədin 61 yaşlı senator Zulma Qomezə aid olduğu məlum olub.
Faktla bağlı araşdırmalar aparılır.