Şuşa Rayon İcra Hakimiyyətinin yeri dəyişdirilib
02.08.2022
Şuşa Rayon İcra Hakimiyyəti yeni ünvana köçürülüb.
"DM"-nın əldə etdiyi məlumata görə, Bakı şəhəri, N.Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 9 ünvanında yerləşən Şuşa RİH bir neçə gün ərzində binanı boşaltmalı olub.
Hazırda Şuşa RİH Koroğlu Rəhimov küçəsində yerləşən köhnə binaya qaytarılıb.
Onu da xatırladaq ki, binada əvvəllər Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi də fəaliyyət göstərib. Daha sonra bu birliyin sədri dəyişdirilsə də, icma fəaliyyətini bu binada davam etdirib. Torpaqlar işğaldan azad edildikdən sonra ictimai birlik adını və fəaliyyət istiqamətlərini dəyişdirib.
Qeyd edək ki, Şuşa RİH-in N.Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 9 ünvanında yerləşən binasının hansı dövlət qurumuna və təşkilata verilməsi hələ ki məlum deyil.