Çin ordusu əks-hücuma hazırlaşır
02.08.2022
Çin Xalq Azadlıq Ordusu ABŞ və Qərb ölkələrinə xəbərdarlıq edib.
Xəbərdarlıqda qeyd olunur ki, potensial düşmən hücuma keçərsə, Çin ordusu döyüş əməliyyatlarına başlayacaq.
"ABŞ və Qərb ölkələri istəyirlər ki, Çin "dişlərini gizlətsin” və bununla da onlara təhlükə yaratmasın. Biz hücuma məruz qalmayana qədər hücum etmirik. Lakin bu baş verərsə, Çin ordusu, şübhəsiz ki, əks-hücuma keçəcək”, – xəbərdarlıqda qeyd olunur.
Xatırladaq ki, Nensi Pelosinin Tayvana gözlənilən səfəri ABŞ və Çin arasında diplomatik və siyasi qarşıdurmaya səbəb olub.
Mənbə: Global Times