Mikayıl Cabbarov türkiyəli nazirlə görüşüb
02.08.2022
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Mehmet Muşla görüşüb.
Bu barədə türkiyəli nazir özünün "Twitter” hesabında məlumat verib.
Onun sözlərinə görə, görüşdə ikitərəfli ticarət əlaqələri, qarşılıqlı investisiyalar və logistika məsələlərini müzakirə olunub.
"Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə məhsuldar görüşümüz oldu”, - deyə o vurğulayıb.