Yarım əsr öncə itkin düşən pilotun cəsədi tapıldı
30.09.2018
Vyetnamda 47 il öncə itkin düşən SSRİ pilotu Yuri Poyarkovun cəsədi tapılıb.
"Dövran Media" xəbər verir ki, aviasiya tarixi ilə məşğul olan Nikolay Bodrixin sözügedən pilotun Vyetnam Xalq Ordusunda təlimçi olduğunu, 1971-ci ildə SSRİ istehsalı MİG-21S qırıcısı ilə uçuşu zamanı digər pilotla birlikdə itkin düşdüyünü bildirib.
"Vyetnamlılar həmin təyyarəni 10 gün boyunca axtardılar, lakin nəticə hasil olmayınca axtarışlar dayandırıldı”, - deyə tarixçi bildirib.