Rusiya bu ərazilərə qoşun yeridir
01.08.2022
Rusiya Ukraynanın cənubunda müvəqqəti işğal olunmuş ərazilərə çox sayda qoşun yeridir. Bu, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ilə bağlıdır.
"DM" xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.
"Onlar öz saylarını artırır, bizim əks-hücumumuza və ya bəlkə də öz hücumlarını həyata keçirməyə hazırlaşırlar. Cənub onlar üçün açardır, ilk növbədə Krıma görə. İndi Rusiya ordusu müvafiq ərazilərdə fəallığı artıraraq, ölkəmizin cənubunun işğal olunmuş rayonlarında mövqelərini möhkəmləndirməyə çalışır”, - o bildirib.
Skibitski deyib ki, iki həftə əvvəl Rusiya Hava-Desant Qüvvələrinin taktiki qruplarını Donbasdan çıxararaq işğal altındakı Xersona köçürüb:
"Slavyanska hücum üçün istifadə edilən və Belqorod vilayətində ehtiyatda olan Şərq Hərbi Dairəsindən də qoşunlar gətirilir”.