Donbas Ukraynanın olacaq - Strelkov
30.09.2018
Denis Puşilin seçkilərdə qalib gələcəyi halda Donbasın işğal olunmuş hissəsi Ukraynanın tərkibinə geri qayıdacaq.
"Dövran Media" xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikasının keçmiş "müdafiə naziri" İqor Strelkov sosial şəbəkə hesabında yazıb.
"Puşilin – Donbasın tezliklə ukraynalılara verilməsi deməkdir. Puşilin – daxili qarışıqlıq, bu gün mövcud olan respublikanın parçalanması deməkdir”, - Strelkov bildirib.
Strelkov həmçinin Puşilinin Ukrayna xüsusi xidmət orqanları ilə əlaqələrinin olduğunu qeyd edib və onun barəsində kompromatın yaxın vaxtlarda sosial şəbəkələrdə peyda ola biləcəyini açıqlayıb.