Hulusi Akar: "1 milyondan çox insan Suriyaya qayıdıb"
01.08.2022
"YPG-nin, PYD-nin PKK terror təşkilatından heç bir fərqi yoxdur. Eyni adamlardırlar”.
"DM” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar "Anadolu" agentliyinə müsahibəsində deyib.
"Biz onların fərqli cür təqdim edilmələrini qəbul edə bilmərik. Biz sərhədlərimizi qorumaq üçün nə lazımdırsa edirik, edəcəyik. Terrorçuların regionun gələcəyində heç bir işləri yoxdur. Bir terrorçunu digəri vasitəsilə məhv etmək olmaz. Əgər regionda terrorçu var, onlarla biz mübarizə apara bilərik. Terrorçular mübarizə nəticəsində 1 milyondan çox insan könüllü şəkildə ərazilərə qayıdıb”, - o bildirib.