San-Fransiskoda meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan edilib
29.07.2022
ABŞ-ın San-Fransisko şəhərində (Kaliforniya ştatı) meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edilib.
Bu barədə şəhər meri London Brid elan edib.
O, şəhərdə ilk yoluxmanın iyunun 3-də müəyyən edildiyini və virusun o vaxtdan bəri yayıldığını bildirib.
Merin sözlərinə görə, xəstəlik hava-damcı yolu ilə asanlıqla yayılmadığı üçün ümumi əhali üçün risk azdır, ancaq San-Fransisko Xalq Sağlamlığı Departamenti hökumətə mümkün çətinliklərə daha yaxşı hazırlaşmağa kömək etmək üçün bu qərara gəlib.
Xatırladaq ki, ötən həftə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus meymunçiçəyi xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan edib.
Mənbə: Sputnik