Belarus Britaniyadakı səfirini geri çağırıb
29.07.2022
Belarus Böyük Britaniyadakı səfiri Maksim Ermoloviçi geri çağırıb.
"DM” TASS-a istinadən xəbər verir ki, bu barədə Belarusun Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, buna səbəb Britaniyanın qeyri-dost addımlarıdır: "Hazırkı daxili siyasi şou bitdikdən sonra dialoqun bərpası və tam diplomatik mövcudluq üçün ilkin şərtlər olacaq. Yəni bu, rəsmi Londanla bütün əlaqə kanallarının bağlanması demək deyil".