Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
29.07.2022
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,75% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
"DM" xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 9,25% səviyyəsində saxlanılıb.
AMB-nin İH-in faiz dəhlizinin parametrləri barədə növbəti qərarı sentyabrın 16-da ictimaiyyətə açıqlanacaq.