Ramin Musayev PFL-dən istefa verib
29.07.2022
Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən istefa verib.
Qol.az-ın əldə etdiyi xəbərə görə, o, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb.
Bununla əlaqədar, o, bu gün Premyer Liqada yarışan klub nümayəndələri ilə görüşür.
Yaxın saatlarda bununla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, 2008-ci ildən PFL-in prezidenti vəzifəsində çalışırdı.