Berlin: Türkiyə vazkeçilməz tərəfdaşdır
28.07.2022
Türkiyə səfəri çərçivəsində Aralıq dənizinin təhlükəsizliyi ilə bağlı müzakirə əsas məsələlərdən biri olacaq.
"DM" xəbər verir ki, bu sözləri Almaniya xarici işlər naziri Annalena Berbok deyib.
"Burada mesajımız problemlərin gərginliyini artırmaqla deyil, danışıqlar yolu ilə həll etməkdir. Türkiyə vazkeçilməz tərəfdaşdır və başqa ölkələrlə müqayisədə bizimlə daha çox bağlı olan bir ölkədir. Milyonlarla insanın ürəyi ölkələrimiz üçün döyünür”, - Berbok bildirib.