Azərbaycan-Rusiya Birgə Komissiyasının 22-ci görüşü keçirilib
28.07.2022
"Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 22-ci görüşü 26-27 iyul 2022-ci il tarixində Qusar şəhərində keçirilib.
"Meliorasiya və Su Təsərrüfatı” ASC-dən verilən məlumata görə, iclasda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin eləcədə Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb.
Müzakirələrin nəticəsində görüləcək tədbirlər barədə birgə protokol imzalanıb.