İrəvanda Türkiyə vətəndaşının meyiti tapılıb
28.07.2022
İrəvanda Türkiyə vətəndaşının meyiti tapılıb.
"DM" xəbər verir ki, Şenqavit Polis Şöbəsinə Araratyan küçəsi 62/23 ünvanında fəaliyyət göstərən "Urban Logistics Services” şirkətinin həyətində kişi meyiti olması barədə məlumat daxil olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən yerdə Türkiyə dövlət nömrə nişanlı "İveco” markalı yük maşınının yanında kişi meyiti aşkarlayıblar.
Məhkəmə-tibb həkiminin ilkin rəyinə görə, meyitin üzərində zorakılıq izləri aşkar edilməyib.
Ölən şəxsin kimliyi araşdırılır.