Dövlət Komitəsi: 13 uşaq qərəzli şəkildə təhsildən uzaqlaşdırılıb
28.07.2022
İl ərzində qərəzli şəkildə təhsildən uzaqlaşdırılan 13 uşaq aşkarlanıb.
"DM" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova "İnsan alverinə qarşı mübarizə: fəaliyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Dövlət Komitəsi həmin uşaqların taleyi ilə maraqlanıb.
"Belə hallar aşkarlananda dərhal hərəkətə keçilir və müvafiq tədbirlər görülür. 2018-ci ildən repatriasiya olunan uşaqlarla bağlı da 3 aydan bir monitorinqlər aparılır. Elə uşaqlar da var ki, cinsi zorakılığa məruz qalıb. Sığınacaqlar belə uşaqları qəbul etmək istəmir. Bu, ciddi problemdir”, - şöbə müdiri əlavə edib.