O ölkənin təmizliyə ehtiyacı var - Tramp
29.09.2018
Venesuela əhalisinin qayğıya, ölkənin isə təmizliyə ehtiyacı var.
"Dövran Media" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Çili Prezidenti Sebastyan Pinyera ilə görüşü zamanı deyib.
"Venesuela Prezidenti Nikolas Maduro bizimlə görüşmək istəyir. Görək bundan nə çıxacaq. Venesuelada özbaşınalıq hökm sürür və onu təmizləmək lazımdır. İnsanların qayğıya ehtiyacı var”, – deyə o bildirib.