Baqdasaryandan şok: Qarabağı bu cür talan etdik!
28.07.2022
Tanınmış erməni jurnalist və bloger Roman Baqdasaryan Teleqram kanalında erməni diasporu və kilsəsinə qarşı ittihamlarla çıxış edib.
"DM" xəbər verir ki, Baqdasaryan 44 günlük müharibə zamanı erməni diasporu və kilsəsinin kriminal aləmlə əlbir çalışdıqlarını qeyd edib.
"44 günlük müharibə zamanı erməni diasporu və kilsəsi kriminal avtoritetlərlə əlbir olaraq Qarabağı amansızcasına talan edirdilər. Son 34 il ərzində uşaqlarımızın ölümündə erməni icmalarının və diaspor təşkilatlarının başçıları da günahkardır. Çünki Qarabağda müharibə gedəndə onlar o torpaqları talan etməklə milyonlar qazandılar. Rusiyanın erməni icmalarının və təşkilatlarının heç bir rəhbəri öz oğullarını Qarabağda döyüşmək üçün göndərməyib. Onlar ancaq nağıllar danışırdı. Bu diaspor və kilsə köpək balıqlarının 99%-i toplanmış milyardların hara sərf edildiyi barədə heç bir hesabat təqdim etməmişdir”, - deyə o qeyd edib.