İran Bakının müraciətini alqışlayıb
27.07.2022
D-8-in genişləndirilməsi və yeni üzvlərin qoşulması onun məqsədlərinin həyata keçirilməsi üçün bir vasitə rolunu oynayacaq.
"DM" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlük üçün müraciətilə bağlı açıqlamasında deyib.
Abdullahian İranın Azərbaycanın D-8-ə qoşulmaq hazırlığı və istəyini alqışladığını bildirib:
"Təşkilat yeni üzvləri qəbul etmək üçün sürətlə hərəkət etməlidir”.
Qeyd edək ki, D-8 – 8 müsəlman dövlətindən ibarət iqtisadi əməkdaşlıq təşkilatıdır. Təşkilata Türkiyə, Pakistan, Banqladeş, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya daxildir.