Minaya düşən polkovnik haqda son xəbər
27.07.2022
Kəlbəcərdə minaya düşən hərbi hissə komandiri polkovnik Vüqar İsbəndiyarov bir ayağını itirib.
"DM" xəbər verir ki, bu barədə qazi-jurnalist Rey Kərimoğlu məlumat yayıb.
Onun sözlərinə görə, polkovnikin digər ayağını itirmək təhlükəsi də var:
"Ümid edirəm ki, həmişə hərbçilərimizə böyük dəstək olmuş həkimlərimiz ömrünü orduya, torpaqlarımızın müdafiəsinə həsr etmiş qəhraman zabitimiz üçün əlindən gələni edəcəklər! Ümid edirik ki, ordu rəhbərliyi də 42 yaşlı polkovnikin taleyinə biganə qalmaz, inşallah! Allah Vüqar İsbəndiyarova şəfa versin! Tezliklə ayağa qalxsın!”