21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İranda dəmir yolu çəkilir, pulunu Rusiya verir

26.07.2022

Rusiya 2030-cu ilə qədər İrana 1.5 milyard dollar kredit ayırmağı planlaşdırır. Kreditin bir hissəsi Astara-Rəşt dəmir yolunun tikintisinə xərclənəcək.

"DM" xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Astara-Rəşt dəmiryolu ilə bağlı mövzunu şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan bir neçə il əvvəl bu dəmir yolunun tikintisi məqsədilə İrana 500 milyon dollar kredit verməli idi:

"Qərbin İrana qarşı sanksiyaları işi uzatdı. Çünki İrana bank köçürmələri mürəkkəbləşdi. Kreml isə tələsir. Ukraynada davam edən işğalçı müharibə fonunda Rusiyanın Avropaya yolu kəsilib. Moskva alternativ yollar axtarır və bu zaman Şimal-Çənub nəqliyyat dəhlizinə önəm verməyə başlayıb. Rusiya və İran prezidentləri bugünlərdə Tehranda bu mövzunu geniş müzakirə ediblər”.

Politoloqun sözlərinə görə, Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanın da faydasınadır:

"Birincisi, tranzitdən gəlir əldə edəcəyik. İkincisi, nəqliyyat dəhlizi Azərbaycanın bölgədə rolunu daha da artıracaq. Üçüncüsü, Azərbaycanın Rusiya və İranla münasibətlərində mövcud bir sıra siyasi gərginliklərə rəğmən, ortaq nəqliyyat layihəsi yumşaldıcı rol oynayacaq. Dördüncüsü, Rusiya və İran İrəvanın yalvarışlarına rəğmən, Şimal-Cənub nəqliyyat dəhlizində Ermənistanı deyil, Azərbaycanı seçdi”.

Həmçinin o qeyd edib ki, Rusiyanın krediti ilə 164 kilometrlik dəmir yolu xətti çəkilməlidir:

"Hazırda Astara ilə Rəşt arasındakı məsafədə yüklər avtobomil nəqliyyatı vasitəsilə çatdırılır ki, bu da sürəti azaldır. Rusiya bu yolla il ərzində 30 milyon ton yük daşımağı planlaşdırır. Bu marşrutdan Hindistan da istifadə etməyə meyillidir. Hazırda Hindistanın Mumbay şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə yüklər dəniz və Süveyş kanalı yolu ilə 30-45 günə çatdırılır, Şimal-Cənub xətti işə düşdükdən sonra isə vaxt 15-24 günə qədər qısalacaq”.