Fəzail Ağamalının biznesmen oğlu məhkəməyə verilib
26.07.2022
Deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı məhkəməyə verilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində Dövlət Vergi Xidmətinin 5 Saylı Ərazi Vergilər İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Məlum olub ki, Elçin Ağamalı rəhbəri olduğu "La Vida” MMC-nin vergi borclarını ödəmədiyi üçün barəsində iddia qaldırılıb. Bu günə olan rəsmi məlumatlara görə, "La Vida” şirkətinin 4437 manat ödənilməmiş vergi borcu var. İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Elçin Ağamalı biznesmen kimi tanınır. O, eyni zamanda "Altus” MMC-nin sahibi kimi bilinir. O, 3 il öncə də kredit mübahisəsinə görə məhkəməyə verilmişdi.
Fəzail Ağamalı 27 ildir Milli Məclisin deputatıdır.