Vətəndaş icra hakimiyyətinin qarşısında özünü yandırmağa cəhd edib
26.07.2022
Vətəndaş Tərtər Rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd edib.
"DM"-nın məlumatına görə, bu gün səhər saatlarında rayon sakini İlqar Vəliyev özünü yandırmağa çalışıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün səhər saat 8 radələrində Tərtər rayonunda yaşayan İlqar Vəliyev şəhər ərazisində özünü yandırmağa cəhd göstərib:
"Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Araşdırma aparılır”.