Jirinovskidən şok öhdəlik: Prezident seçilərsə...
06.02.2018
Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna prezidenti Pyotr Poroşenkonun iqamətgahına nüvə silahı ilə hücüm etməyi təklif edib.
Siyasətçi bu çıxışını "Rossiya 1” telekanalında "Vladimir Solovyevlə axşam” proqramının efirində edib.
"Kiçik bombanı. Xirosimaya atılan bomba qədər deyil, daha kiçik bombanı. Məsələn, 10 kilometr radiusda təsiri olan”, – siyasətçi deyib.
Qeyd edək ki, Jirinovski seçkilərdə qələbə qazanacağım təqdirdə, Kiyevin üzərində Rusiya bayrağı dalğalanacağına və Ukraynanın bütün ordusunu məhv edəcəyinin sözünü verib.
DM