Aşotyan: AB təsdiqləyib – “Dağlıq Qarabağ” artıq yoxdur!
25.07.2022
Avropa Birliyi "Dağlıq Qarabağ” söz birləşməsindən rəsmi olaraq tam imtina edib.
"DM" xəbər verir ki, bu fikirləri Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan bildirib.
Onun sözlərinə görə, bu bəyanat Avropa Komissiyasının baş katibi tərəfindən imzalanmış və bu il iyulun 18-də dərc edilmiş rəsmi sənədə əsaslanır:
"Sənəd "Azərbaycanla tərəfdaşlığın həyata keçirilməsi haqqında” məruzə adlanır. Yəni Avropa Birliyinin Azərbaycanla tərəfdaşlıq proqramı var. Bu hesabatda onun Azərbaycanla münasibətləri, müxtəlif sahələrdə qeydə alınmış qiymətləndirmələri, problemləri və uğurları ümumiləşdirilir. Təbii ki, Azərbaycanla münasibətlər kontekstində təhlükəsizlik problemlərinə də qiymət verilib. Bütün bu mətndə heç olmasa bir dəfə "Dağlıq Qarabağ” terminindən istifadə olunmur. "Dağlıq Qarabağ” söz birləşməsi "Azərbaycanın Qarabağ iqtisadi zonası” termini ilə əvəzlənib. Beləliklə, rəsmi Brüssel "Dağlıq Qarabağ” ifadəsindən tam imtina etdi. Avropa Birliyinin rəsmi rəyinə görə, Dağlıq Qarabağ artıq yoxdur”, - deyə o qeyd edib.