BMT BA Prezidenti: "Gənclər qlobal problemlərin həllində fəal rol oynamalıdırlar”
25.07.2022
Postpandemiya dövründə gənclərin dayanıqlı gələcəyin qurulmasında iştirakı təmin edilməlidir”.
"DM” xəbər verir ki, bunu BMT Baş Assambleyasının (BA) Prezidenti Abdulla Şahid Bakıda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammitinə ünvanladığı videomüraciətində deyib.
O, gənclərin COVID-19 pandemiyasından tutmuş iqlim dəyişikliyinə qədər qlobal çağırışların həllində fəal rol oynamalı olduğunu vurğulayıb.
A.Şahid bildirib ki, gənclər qlobal dayanıqlığın inkişafına mühüm töhfə verirlər: "Qoşulmama Hərəkatı dünyanın hər yerindən gənclərə mədəni mübadilə üçün platforma təklif edir”.
Onun sözlərinə görə, BMT daxil olmaqla, qlobal platformalar gənclərə imkan yaratmalıdır.
BMT Baş Assambleyasının Prezidenti belə bir tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edib.