ABŞ bu ölkədəki konsulluğunu bağladı
29.09.2018
ABŞ İraqın Bəsrə şəhərindəki konsulluğunu bağlayır.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib. O, Vaşinqtonun niyə belə qərar qəbul etdiyini açıqlamayıb:
"Dövlət katibi Mayk Pompeo konsulluq əməkdaşlarının Bəsrəni tərk etməsi haqqında qərar qəbul edib. Bundan sonra ABŞ-ın Bağdaddakı Səfirliyi Bəsrə əhalisi üçün konsulluq fəaliyyəti göstərəcək”.
Qeyd edək ki, sentyabrın 8-də Bəsrədəki ABŞ Konsulluğu hücuma məruz qalıb. Konsulluq ərazisinə minaatanlardan atəş açılıb.