21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qara dənizdə 11 ölkənin iştirakı ilə NATO təlimləri keçirilir

22.07.2022

Bolqarıstanın Qara dəniz bölgəsində 11 NATO ölkəsinin iştirakı ilə illik "Breeze” hərbi təlimləri keçirilir.

Təlimlərdə Bolqarıstan, Albaniya, Belçika, Yunanıstan, İtaliya, Latviya, Polşa, Rumıniya, ABŞ, Türkiyə, Fransa Hərbi Dəniz Qüvvələrinin və eləcə də NATO Hərbi Dəniz Qüvvələri Komandanlığının 24 döyüş və yardımçı gəmi və kateri, beş təyyarəsi, dörd helikopteri və 1390 hərbi qulluqçusu iştirak edir.

Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlamasından bəri Qara dənizdə keçirilən ilk irimiqyaslı təlimdir.

Təlimlərin keçirildiyi ərazilərdə sərbəst üzən gəmi əleyhinə minaların real təhlükəsi ilə əlaqədar iştirakçıların təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülüb.

Mənbə: Yevropeyskaya pravda