Rusiya İdlibi vurdu: Beşi uşaq olmaqla çox sayda ölü və yaralı var
22.07.2022
Rusiyanın Suriyanın İdlib vilayətinin qərbindəki yaşayış məntəqələrinə gerçəkləşdirdiyi hava hücumunda beşi uşaq olmaqla yeddi mülki şəxs həlak olub, 13 mülki şəxs isə yaralanıb.
Latakiyadakı Hmeymim bazasından havaya qalxan Rusiyaya məxsus döyüş təyyarələri İdlibin qərbindəki Yakubiyə və Cudeyda kəndlərinə hava hücumu həyata keçirib.
Hədəfə alınan ərazidə xristianlarla yanaşı, köçkün ailələr də yaşayır.
Mənbə: TRT Haber