21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Avropalı deputata Azərbaycanda cinayət işi açıldı

28.09.2018

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) erməni mətbuatında yayılmış, Avropa Parlamentinin üzvü Eleni Teokarusun cari ilin 27 sentyabr tarixində işğal altında olan Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı açıqlama yayıb.
XİN-dən verilən məlumata görə, Avropa Parlamentinin Kipr Respublikasından olan üzvü Eleni Teokarusun adı ölkəmizin ərazisinə girişi qadağan olunan şəxslər siyahısındadır və ona qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.
"Ermənistan və erməni lobbisinin təsiri altında fəaliyyət göstərən bu şəxs, Ermənistan hakim dairələrinin işğalçı siyasətinə haqq qazandırmaq və onların təcavüzkar siyasətini təşviq etmək mövqeyini sərgiləyir", - deyə XİN-nin bəyanatında bildirilib.