Müharibənin o biri üzü: “İnformasiya savaşı” - VİDEO
22.07.2022
44 günlük Vətən müharibəsində döyüş təkcə cəbhədə getmirdi. İnformasiya savaşında da mübarizə gərgin idi. Bu döyüşün sərkərdəsi həm də "Dəmir yumruq” əməliyyatının Ali Baş Komandanı İlham Əliyev idi.
Ermənistan tərəfi hərzamankı kimi yalan məlumatlar yaymaqla təbliğat aparırdı. Dünya mediası isə sanki Azərbaycana qarşı qapılarını bağlamışdı. Lakin Prezidentin müsahibələrinin təşkili informasiya müharibəsində sərhədi yarmağımız üçün ən effektiv döyüş üsulu idi.
17 ildir "Qarabağ Azərbaycandır!” deyən Ali Baş Komandan nəyi nə vaxt, necə edəcəyini də gözəl bilirdi. O, gərgin proseslərin əhatəsində ölkəmizə qarşı aparılan qara kampaniyalara qarşı mövqeyini qoyur, bir sözlə, dünyanı susdururdu.