Azərbaycan bu görüşə fəxri qonaq kimi qatılmaq istəyir
22.07.2022
Azərbaycan Mərkəzi Asiya ölkələri dövlət başçılarının Məşvərət Görüşünün gələcək iclaslarında fəxri qonaq qismində iştirak etmək istəyir.
"DM" "AKİpress"ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov deyib.
O təklif edib ki, xarici işlər nazirləri bu məsələni işləyib hazırlasınlar və bu barədə diplomatik kanallar vasitəsilə məlumat versinlər.